Çin 100 km məsafədə olan adamın üzünü tanıyan casus kamerası istehsal etdi

Çin 100 km məsafədə olan adamın üzünü bütün detayları ilə göstərən və Yer orbitindən 1.7 mm-lik məsafəyə kimi görüntü əldə edə bilən cəsus kamera istehsal etdi.
Kamera 100 kilometrdən çox məsafədə olan obyektləri millimetr səviyyəsində aydin şəkildə təsvir edə bilir. SCMP-yə görə, bu müvəffəqiyyət səviyyəsi əvvəllər qeyri-mümkün hesab olunurdu.
Tədqiqatçılar cəsus kameranı Çinin şimal-qərbindəki göldə sınaqdan keçiriblər. Təcrübə zamanı lazer yardımlı sistemin geniş baxıș bucağı ilə şəkillər çəkə bildiyi müşahidə edilib. Cihaz gölün bir tərəfinə yerləşdirilib və qarşı sahildəki obyektlər izlənilib. Müvafiq ekoloji şəraitdə kamera 101,8 kilometr məsafədən detalları uğurla qeyd edə bildi. Testin müvəffəqiyyətlə keçməsi üçün aşağı bulud örtüyü, daimi külək axını və aydin görünmə kimi ideal hava şəraiti təmin edilib.
Bu təcrübədə kamera yalnız 1,7 millimetr diametrli detalları çəkə bildi. O, həmçinin cəmi 15,6 millimetr xəta marjası ilə obyektlərə olan məsafəni müəyyən edə bildi. Bu səviyyə adi linzalardan istifadə edən casus kameralar və teleskoplardan 100 dəfə daha həssas olan görüntüləmə qabiliyyətini göstərir.
Bu inkişaf kosmos və müdafiə texnologiyalarinda inqilabi irəliləyiş kimi qiymətləndirilir. Çindən gələn bu yeni lazer əsaslı casus kamerası gələcəkdə kəşfiyyat məlumatlarının toplanması, xarici peykləri izləmək və hətta onların avadanlıqları üzərindəki seriya nömrələrini oxumaq üçün və təhlükəsizlik strategiyaları baxımından dünyaya böyük təsir göstərə bilər.
11:36 10.03.2025
Oxunuş sayı: 954