Laçın və Füzuli sakinləri üçün kiçik bizneslər yaradılıb






Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonu və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsi özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Qeyd edilib ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.
16:25 07.03.2025
Oxunuş sayı: 3359