Soydaşımız Gürcüstan çempionu olub

Gürcüstanın Batumi şəhərində gənc boksçular arasında çempionat keçirilib.
Crossmedia.az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, yarışda
Marneulidən olan soydaşımız Nərmin Bayramova uğurla çıxış edib.
O, 52 kq çəki dərəcəsində yarışaraq Gürcüstan çempionu olub.
Məlumat üçün qeyd edək ki, Nərmin Bayramova Gürcüstanın yaş qrupları üzrə milli komandasının üzvüdür və bir çox uğura imza atıb.
22:53 05.03.2025
Oxunuş sayı: 1229