Makron: "Avropa ABŞ-ın vassalı olmamalıdır"

Fransa Prezidenti Emmanuel Makron avropalıları ABŞ-ə feodal asılılığını rədd etməyə çağırıb.
"Avropada bir çoxlarının ABŞ-ə qarşı nəzakətli olmağın vacib olduğunu söylədiyini görürəm," – AFP xəbər agentliyi Portuqaliyaya rəsmi səfəri zamanı prezidentin sözlərini sitat gətirib. – "Biz nəzakətli olmalıyıq, amma eyni zamanda kim olduğumuzu da qorumalıyıq. İtaət etmək çıxış yolu deyil. Mən 'xoşbəxt vassallığa' qarşıyam."
Fransa liderinə görə, Avropa “hakimiyyəti geri qaytarmaq üçün” inkişaf etməlidir. “Avropa risk, ambisiya və güc dadını yenidən kəşf etməlidir,” – o hesab edir.
Zeynəb Yunuszadə
19:04 28.02.2025
Oxunuş sayı: 1770