Roberts Trampın tərəfini tutdu

ABŞ Ali Məhkəməsinin sədri Con Robertsın prezident Donald Trampı federal hakim Amir Aliyə qarşı mübarizəsində dəstəkləməsi ilə bağlı geniş təhlil paylaşıb. Məsələ hakim Ali tərəfindən Tramp administrasiyasının USAID xarici yardım proqramı çərçivəsində 2 milyard dollar ödəməyə məcbur edilməsi ilə başlayıb. Gözlənilmədən verilən bu qərar Trampın komandası tərəfindən sərt tənqid edilib. Kolumbiya Dairə Apellyasiya Məhkəməsi administrasiyanın müraciətini rədd etdikdən sonra iş Ali Məhkəməyə göndərilib. Roberts debatları gözləmədən Aliyə məxsus qərarın icrasını təkbaşına dayandırıb.
Bu addım isə ABŞ-də məhkəmə aktivizminin sonuna işarə edir. O bildirir ki, demokratlar tez-tez məhkəmələri respublikaçıların, xüsusilə Trampın təşəbbüslərini bloklamaq üçün istifadə edirlər. Lakin Ali Məhkəmə artıq belə sui-istifadələrə son qoymaq niyyətindədir.
“Məhkəmə aktivizmi və hüquqi savaş dövrü artıq başa çatır və zaman dəyişir”, – deyə Martin vurğulayıb.
Fidan Xəlilova
17:44 28.02.2025
Oxunuş sayı: 1245