CHP Öcalanın çağırışından sonra təcili toplanır

Türkiyədə əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) fövqəladə iclası keçiriləcək. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, toplantının əsas mövzusu PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırışı olacaq.
Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarını təslim olmağa çağırıb. (report)
21:30 27.02.2025
Oxunuş sayı: 1111