CROSSMEDIA - Kanadalı nazir:amerikalılarla əməkdaşlıq yollarını tapmalıyıq
Xarici xəbərlər

Kanadalı nazir: amerikalılarla əməkdaşlıq yollarını tapmalıyıq

Kanadanın Enerji və Təbii Sərvətlər Naziri Conatan Uilkinson müxalifət Yeni Demokrat Partiyasının lideri Cəgmit Sinqin ABŞ Prezidenti Donald Trampı G7 sammitinə dəvət etməmək təklifinə qarşı çıxıb. Səbəb isə Trampın Kanada haqqında “51-ci ştat” bəyanatlarıdır.

“Prezident Tramp açıq-aşkar kanadalıları incidən, çoxlarını qəzəbləndirən bir sıra fikirlər səsləndirib. <…> Amma günün sonunda biz amerikalılarla əməkdaşlıq yollarını tapmalıyıq. Özümüzü təcrid edib okeana sürüklənə bilmərik. Onlar gələcəkdə də bizim qonşularımız olaraq qalacaq və biz hazırda olduğumuzdan daha yaxşı dialoqlar qurmağın yollarını tapmalıyıq”, – deyə Uilkinson çərşənbə günü jurnalistlərə bildirib.

Tramp dəfələrlə iddia edib ki, bir çox kanadalı ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını dəstəkləyir. Buna cavab olaraq Baş nazir Trüdo isə bildirib ki, Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq.

07:27 27.02.2025

Oxunuş sayı: 1207

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR