CROSSMEDIA - Əfqanıstanda güclü yağış və daşqınlar: 36 ölü
Xarici xəbərlər

Əfqanıstanda güclü yağış və daşqınlar: 36 ölü

Əfqanıstanın Farah, Qəndəhar və Helmand əyalətlərində baş verən güclü yağış və daşqınlar fəlakətlə nəticələnib. Hadisə zamanı 36 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsindən etibarən ölkədə güclü yağış və qar yağmaqda davam edir.

Əfqanıstan Milli Fəlakət Agentliyinin sözçüsü Abdullah Can Saiq bildirib ki, daşqınlar nəticəsində 240 ev tamamilə dağılıb, 61 ev isə ciddi zərər görüb. Həmçinin yüzlərlə hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.

Zərərçəkmiş bölgələrə xilasedici qruplar göndərilib, yolların açılması üçün İctimai İşlər Nazirliyi ilə əməkdaşlıq aparılır. Bəzi ərazilərdə qar səbəbindən yollar bağlanıb.

Digər tərəfdən, ötən gün Fərəh vilayətində baş verən seldə ən azı 21 nəfər həyatını itirib. Meteorologiya xidməti ölkənin 34 əyalətindən 32-də qar və yağışla birlikdə daşqın təhlükəsi barədə xəbərdarlıq edib.

18:31 26.02.2025

Oxunuş sayı: 1055

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR