Niderland səfirliyi Azərbaycana başsağlığı verdi

Niderlandın Bakıdakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.
Crossmedia.az xəbər verir ki, paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib.
"Bu gün biz 1992-ci ildə Xocalı hadisələri zamanı dinc əhalinin həlak olması ilə əlaqədar Azərbaycan xalqının matəminə qoşuluruq", - paylaşımda bildirilib.
17:26 26.02.2025
Oxunuş sayı: 5577