CROSSMEDIA - Lavrov Tehranda İran prezidenti ilə görüşdü
Xarici xəbərlər

Lavrov Tehranda İran prezidenti ilə görüşdü

Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda İran prezidenti Məhəmməd Möhsün Pezeşkian ilə görüş keçirib.

Crossmedia.az xarici KİV-ə istinadla bildirir ki, görüş zamanı Lavrov Rusiya prezidenti Volodimr Putinin salamlarını çatdırıb və Moskva ilə Tehran arasında yanvar ayında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin icrasına artıq başlanıldığını bildirib.

Həmçinin görüşdə iki ölkə arasında siyasi, iqtisadi və regional əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Fidan Xəlilova

20:40 25.02.2025

Oxunuş sayı: 883

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR