CROSSMEDIA - Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı barədə müzakirələr aparılıb
Əmək və sosial siyasət

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı barədə müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.

Bu barədə Crossmedia.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Bildirilib ki, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin, SOCAR, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, “Tikinti İşlərinə Texniki Nəzarət Xidməti” MMC və “AS İnşaat” MMC-nin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışıb, işğaldan azad edilmiş ərazilərdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini qeyd edib. O, məşğulluq proqramlarının uğurlu icrasında, həmin ərazilərdə məşğulluq səviyyəsinin artırılmasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Həmin ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə görülən işlərin nəticələri, bu istiqamətdə onlarla birgə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

18:40 25.02.2025

Oxunuş sayı: 955

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR