Nazir xizək sürərkən yıxılıb

Polşanın Baş naziri Donald Tusk xizək sürərkən xəsarət alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tusk özü sosial şəbəkələrdə məlumat yayıb.
O, iki qoltuqağacına söykənərək ayaq üstə dayandığı videonu yayıb: "Bu, arzuladığım həftəsonu olmalı idi. Bunu 6 ay əvvəldən planlaşdırmışdım. İki gün nəvələrimlə xizək sürmək".
D.Tusk bir neçə gün qoltuq dəyənəklərindən istifadə etməli olacağını, lakin işini dayandırmaq niyyətində olmadığını qeyd edib.
01:47 26.02.2025
Oxunuş sayı: 871