Pensiyalar artımla ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
17:09 25.02.2025
Oxunuş sayı: 1072