“Suriya və Ukraynada baş verənlər Avropanın Türkiyəyə ehtiyacını təsdiqləyir”

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki,bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Avropanı düşdüyü çıxılmaz vəziyyətdən ancaq Türkiyə xilas edə bilər: “Avropa İttifaqı ilə münasibətlərimizin köhnə ritminə qayıtmasına önəm veririk. Türkiyənin ittifaqa tam üzv olması onları xilas edə bilər. Bu reallıqla nə qədər tez barışsalar, onlar üçün bir o qədər yaxşı olar. Prosesin hansı istiqamətdə inkişaf edəcəyini hamımız birlikdə görəcəyik”.
Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşlərinin sülhə doğru addım olduğunu da önə çəkib: “Müharibəyə son qoymaq səylərinin gücləndiyi bir vaxtda bu səfərləri çox vacib hesab edirik. Birbaşa danışıqlara ev sahibliyi etdik.
Trampın danışıqlar yolu ilə müharibəyə son qoymaq iradəsini alqışlayırıq. Amma İstanbul görüşləri istisna olmaqla, Rusiya indiyə qədər aparılan danışıqlardan kənarda qalıb. Buna görə də istənilən nəticə əldə olunmayıb. Ədalətli sülh üçün əlimizdən gələni edəcəyik”.
16:41 25.02.2025
Oxunuş sayı: 1130