CROSSMEDIA - Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq
Gündəm

Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq

Azərbaycan, müdafiə sənayesində özünü gücləndirmək məqsədilə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını almağa hazırlıq görür.

Pakistanın informasiya naziri Atta Tararın verdiyi məlumata görə, ölkənin bu addımı, hərbi texnika və müdafiə sənayesi sahəsində modernizasiyanın davam etdiyini göstərir:

“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq həmçinin gələcəkdə onların birgə istehsalı mümkündür”.

Bu qərarın, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması və regional təhlükəsizliyin təmin olunmasına yönəldilmiş strateji addım olduğu vurğulanır. Gələcək əməkdaşlıq çərçivəsində iki ölkə arasında müdafiə sənayesi sahəsində daha geniş əlaqələrin qurulması planlaşdırılır.

Fidan Xəlilova

16:03 25.02.2025

Oxunuş sayı: 1032

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR