Nazir: Beynəlxalq əməkdaşlıq və birgə təlimlər regionda dayanıqlı sülhə töhfə verir

Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlıq və birgə təlimlər regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verir.
Bunu müdafiə naziri Zakir Həsənov 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.
2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.
Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib. (Report)
11:06 24.02.2025
Oxunuş sayı: 1171