CROSSMEDIA - Sakit qarın səs-küylü problemləri -FOTOLENT
Gündəm

Sakit qarın səs-küylü problemləri - FOTOLENT

Son günlər paytaxt Bakı  qışın əsl gözəlliyini yaşayır. Qar yağışı hər tərəfi ağ örpəyə bürüyür, küçələrə xüsusi bir sakitlik və gözəllik bəxş edir. İnsanlar bu mənzərədən zövq alır, uşaqlar sevinc içində oynayır, amma yol şəraitində bir qədər fərqli mənzərə yaranıb.

Şaxtalı hava nəticəsində yolların buz bağlaması nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb. Avtomobillər ehtiyatla irəliləməsi zərurətindən bəzi yerlərdə tıxaclar yaranır. Sürücülər üçün ən çətin məqam isə sürüşkən yollar və qəza riskidir. Tək sürücülər üçün yox həm də piyadalar üçün risklər var. İnsanlar hər  addımda ehtiyatlı olmaq məcburiyyətindədirlər.

Buna baxmayaraq, qarın yaratdığı mənzərə insanları sevindirir. Ağappaq parklar, binaların üstünə yağan yumşaq qar dənəcikləri, təbiətin sakitliyi – bunlar qışın özünəməxsus gözəllikləridir. Amma bu gözəlliklər fonunda təhlükələr də unudulmamalıdır.

Şəhər xidmətləri yolları təmizləməyə başlasa da, hərəkət iştirakçıları maksimum ehtiyatlı olmalıdır. Şəhər xidməti ilə yanaşı vətəndaşlara da məsuliyyət düşür. Qışın romantikasını yaşamaq gözəldir, amma təhlükəsizliyimiz bundan da önəmlidir.

Ayhan Ağarzayev

20:55 23.02.2025

Oxunuş sayı: 2858

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR