Uşaqlarda sosial fobia formalaşır

"Uşaqlarda sosialfobia formalaşır. Çünki həyatları texnologiya, o cümlədən ağıllı telefonlarla keçir".
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər Universitetində keçirilən "Texnologiya geosiyasəti" adlı akademik seminarın açılışında çıxışı zamanı deyib.
O bildirib ki, ağıllı telefonlar insanları tənhalaşdırır.
Diplomatın fikrincə, texnologiyadan imtina qeyri- mümkün olsa da, ondan məsuliyyətlə, diqqətlə istifadə etmək lazımdır.
Kənan Novruzov
12:16 18.02.2025
Oxunuş sayı: 2860