Yanvar ayında altı uşaq övladlığa götürülüb

2025-ci ilin yanvar ayında altı uşaq övladlığa götürülüb,
iki uşaq isə himayədar ailəyə verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər
Agentliyi tərəfindən ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə
verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110
monitorinq keçirilib.
21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə
müəssisələrdən ailələrinə reinteqrasiya edilib.
11:42 08.02.2025
Oxunuş sayı: 5565