Tramp İranı yeni nüvə sazişi imzalamağa çağırıb

ABŞ prezidenti Donald Tramp bu gün özünün “Truth Social” sosial media platformasında paylaşım edərək böyük və uğurlu İran istədiyini, ancaq nüvə silahlarının bu gələcəyin bir hissəsi olmayacağını vurğulayıb.
Crossmedia.az bu barədə Trampın “Truth Social” sosial media platformasına istinadən məlumat verir.
“ABŞ-nin İsraillə əməkdaşlıq edərək İranı məhv etməyi planlaşdırdığına dair xəbərlər olduqca şişirdilir. Mən İrana sülh yolu ilə böyüməyə və inkişafa imkan verən dinc, yoxlanıla bilən nüvə razılaşmasına üstünlük verərdim. Biz dərhal danışıqlar üzərində çalışmalıyıq”, - deyə Donald Tramp qeyd edib.
11:37 06.02.2025
Oxunuş sayı: 2354