CROSSMEDIA - HƏMAS ABŞ vətəndaşını azad etdi
Xarici xəbərlər

HƏMAS ABŞ vətəndaşını azad etdi

HƏMAS-ın hərbi-siyasi qanadı İzzəddin əl-Qəssam Briqadaları ABŞ vətəndaşı Keyt Şmunsel Siqeli azad edərək Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələrinə təhvil verib.

İsrail mediası Əl-Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubeydənin məhbusların təhvil verilməsində iştirak etdiyini bildirir.

Bundan əlavə, HƏMAS İslami Müqavimət Hərəkatı “Əqsa Fırtınası” müqaviləsi çərçivəsində üç İsrail əsirini azadlığa buraxıldığını da elan edib. Onların arasında Amerika vətəndaşlığı olan İsrail rejimin vətəndaşı da var. Sərbəst buraxılma İsrailin həbsdən azad etdiyi yeni fələstinli məhbus qrupunun müqabilində həyata keçirilib.

Əl-Qəssam Briqadaları çətin şəraitə baxmayaraq, ABŞ vətəndaşlığı olan israilli əsirin vəziyyətinin ağır olduğunu və çoxsaylı xəstəlikləri nəzərə alaraq ona lazımi tibbi yardım göstərdiklərini bildiriblər.

17:11 01.02.2025

Oxunuş sayı: 452

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR