Daha 112 nəfər peşə hazırlığına cəlb edilib
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 112 işsiz şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslara cəlb edilib.
- Crossmedia.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
- Bildirilib ki, kurslar Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində təşkil olunub.
- Müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatı da həyata keçiriləcək.
- Hazırda ümumilikdə Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.
16:24 31.01.2025
Oxunuş sayı: 601