ABŞ dövlət katibi Bayden administrasiyasını günahlandırıb
"Ukrayna yüz il geriyə atılıb, enerji sistemi məhv edilib. Bütün bunları bərpa etmək üçün kimsə pul ödəməli olacaq".
Crossmedia.az xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio deyib. O, Ukraynanın çıxılmaz vəziyyətə düşmısində ABŞ-nin əvvəlki hakimiyyətini günahlandırıb.
"Nə qədər ukraynalı ölkəsini tərk edib indi başqa ölkələrdə yaşayır. Heç vaxt geri qayıtmayacaqlar.
Bu insanlar Ukraynanın gələcəyidir və o, təhlükə altındadır. Amerikanın əvvəlki administrasiyası “birtəhər insanları Ukraynanın Rusiyanı nəinki məğlub edəcəyinə, həm də onu məhv edə biləcəyinə inandırıb” və hər şeyi “2012 və ya 2014-cü il vəziyyətinə” qaytarıb. Nəticədə ABŞ insan əzabları davam edən uzun sürən və artıq dalana çevrilən "dirənişi” maliyyələşdirir".
09:32 31.01.2025
Oxunuş sayı: 423