Kamran Əliyev səs verib

- Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
- Baş prokuror Kamran Əliyev 15 saylı Yasamal Seçki Dairəsinin 15 saylı məntəqəsində səs verib.
- Kamran Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
- Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.
- Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
- Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
- Səsvermə prosesi saat 19:00-dək davam edəcək. (trend)
10:55 29.01.2025
Oxunuş sayı: 2870