Yüzdən çox Ukrayna PUA-sı məhv edilib

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecədə Rusiyanın müxtəlif bölgələri üzərində ümumilikdə Ukraynaya məxsus 104 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə Ukraynanın 104 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: 47-si Kursk vilayəti, 27-si Bryansk vilayəti, 11-i Smolensk vilayəti, 7-si Tver vilayəti, dördü Belqorod vilayəti, üçü Nijni Novqorod üzərində. Digər üçü Kaluqa vilayəti, biri Rostov vilayəti və biri Leninqrad vilayəti üzərində”, - nazirlik xəbər verir.
09:37 29.01.2025
Oxunuş sayı: 3263