Gizli sənədlər ortaya çıxdı: bu ölkələr Rusiyaya sanksiyalardan yayınmağa kömək edib

Səudiyyə Ərəbistanı 2021-ci ilin aprelində imzalanan 2,2 milyard avroluq gizli müqavilə çərçivəsində Rusiyadan Pantsir-S1 hava hücumundan müdafiə sistemlərini alıb.
Crossmedia.az xəbər verir ki, məlumat Rusiyanın müdafiə holdinqi olan "Roselectronics"in sızdırılmış sənədləri vasitəsilə ortaya çıxıb.
Məlumata görə, müqaviləyə 39 Pantsir-S1 döyüş maşını, 10 mobil batareya komanda postu, zenit raketlərinin tədarükü daxildir.
Qeyd edilir ki, 2022-ci ilin martından 2024-cü ilin iyununa qədər Belarusun "Integral" şirkəti Rusiyanın raketləri üçün 130 milyon dollar dəyərində 6 milyon ədəd mikroçiplər göndərib. Bu çiplər R-37, Kh-59M2A, S-300 və Kalibr kimi raketlərdə istifadə edilir. Sanksiyalara baxmayaraq, onlar Avropa İttifaqı ilə əlaqəli təchizatçılardan yüksək saflıqda xlorid turşusu kimi kritik materialları almağa davam edirlər.
09:06 29.01.2025
Oxunuş sayı: 2654