Qaqauz Eli parlamentinin sədri saxlanıldı

Moldovanın Qaqauz Eli Muxtar Bölgəsi Xalq Məclisinin sədri Dmitri Konstantinov Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (SİB) əməkdaşları tərəfindən saxlanıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dmitri Konstantinovun sözlərinə görə, səhhətində yaranan problemlərlə əlaqədar İstanbula müalicəyə getmək istəyərkən hava limanında Moldovanın təhlükəsizlik xidməti əməkdaşları onun uçuşuna mane olub.
O, bu addımın səbəbini Qaqauz Elinin başqanı Evgenia Gutulun vəzifəsindən uzaqlaşdırılmasına dəstək verməkdən imtina etməsi ilə izah edib:
“Onlar məndən Xalq Məclisinin deputatlarının başqanı vəzifəsindən kənarlaşdırmağa razı salmağımı tələb etdilər. Mən isə onlara bildirdim ki, bu mümkün deyil, çünki başqan xalq tərəfindən seçilib. Bundan sonra onlar ailəmə problemlər yaradacaqlarını dedilər. Sonda isə mənə uçmağa icazə verilmədi”.
Fatimə Məmmədova
01:22 29.01.2025
Oxunuş sayı: 3184