Semeru vulkanı yenidən püskürdü

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian verdiyi yazılı açıqlamada püskürmə nəticəsində yaranan külün dəniz səviyyəsindən 4776 metr yüksəkliyə qalxdığını bildirib.
Alfian, püskürmə səbəbiylə ətraf əraziyə qayaların düşəcəyini qeyd edərək, sakinləri vulkandan uzaq, təhlükəsiz əraziyə getməyə çağırıb.
Qeyd edək ki, bu hadisə ilk deyil, Semeru vulkanı 2021-ci ilin dekabrında da püskürüb.
22:28 28.01.2025
Oxunuş sayı: 3528