Erməni general: "Xalqımız Rusiya ilə münasibətlərin korlanmasının əleyhinədir"

“ABŞ ilə strateji əməkdaşlıq sazişi tərəflər üçün heç bir hüquqi öhdəlik nəzərdə tutmur”.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, Ermənistanın sabiq müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.
“Sorğulara görə, Ermənistan əhalisinin 65-70 faizi rus xalqı ilə münasibətlərin korlanmasının əleyhinədir, həmçinin bu münasibətləri mümkün qədər yaxınlaşdırmaq istəyir”,- Arşak qeyd edib.
Onun sözlərinə görə, sorğu ABŞ təşkilatı tərəfindən aparılıb, ABŞ xüsusi xidmət orqanları belə total təbliğatdan sonra bənzər nəticənin necə qeydə alına biləcəyinə heyran qalıblar.
Karapetyan ABŞ ilə strateji əməkdaşlıq sazişinin imzalanmasına toxunaraq qeyd edib ki, bu, tərəflər üçün heç bir hüquqi öhdəlik nəzərdə tutmur.
“Bu, mahiyyət etibarı ilə siyasi bəyanatdır, başqa bir şey deyil. Onlar heç nəyə imza ata bilməzdilər, sadəcə mətbuat konfransı keçirib, bəyanat verə bilərdilər, məna baxımından heç nə dəyişməyəcəkdi”, - deyə erməni general bildirib.
O əlavə edib ki, Ermənistan hakimiyyətinin etdiklərinin erməni xalqına heç bir aidiyyəti yoxdur.
22:17 28.01.2025
Oxunuş sayı: 3520