Zelenski Netanyahuya başsağlığı verdi

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki bu barədə Vlodimir Zelenski "X" hesabında paylaşım edib.
"Mən baş nazirə Osvensim-Birkenau şəhərinin azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirakım barədə məlumat verdim və Holokost faciəsi ilə bağlı İsrail xalqına başsağlığımı çatdırdım. Biz həmçinin tərəfdaşlarla, xüsusən də Trampla sıx əlaqə saxlamağı müzakirə etdik",- paylaşımda qeyd edib.
21:07 28.01.2025
Oxunuş sayı: 3608