Meningit epidemiyasından altı nəfər ölüb

Qərbi Afrika ölkəsi Qananın Yuxarı Qərb əyalətində meningit epidemiyası nəticəsində 6 nəfər ölüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qana Xalq Sağlamlığı Direktorunun müavini Collins Boateng Danquah verdiyi açıqlamada ölkənin Yuxarı Qərb əyalətində 17 meningit hadisəsinin olduğunu və 6 nəfərin öldüyünü bildirib.
Danquah, erkən diaqnoz və müalicənin ölüm hallarının azaldılması üçün çox vacib olduğunu vurğulayaraq, sakinlərdən baş və boyun ağrıları hiss etdikdə dərhal həkimə müraciət etmələrini xahiş edib. O, epidemiya ilə mübarizə üçün işlərə başlanıldığını bildirib.
Qeyd edək ki, hava yolu ilə keçən meningit beyindən başlayaraq bütün bədənə təsir edə bilər.
19:35 28.01.2025
Oxunuş sayı: 3117