Sabah “ASAN xidmət” işləmir

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində növbəti bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olacaq.
Crossmedia.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) bildirilib.
Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.
16:54 28.01.2025
Oxunuş sayı: 3188