“AzərEnerji” Dünya Bankı ilə AZURE layihəsini müzakirə edib

- “AzərEnerji” ASC və Dünya Bankı arasında “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi”ni (AZURE) müzakirə edib.
- Crossmedia.az “AzerEnerji”yə istinadən xəbər verir ki, bu barədə müzakirələr “AzərEnerji”nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.
- Görüşdə AZURE layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılıb.
- Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.
16:13 28.01.2025
Oxunuş sayı: 3168