Prezident seçkiləri ilə bağlı sorğu: Ərdoğan liderdir

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir.
- Crossmedia.az xəbər verir ki, bu, “Asal Araştırma”nın son sorğusunun nəticələrindən bəlli olub.
- Sorğuda respondentlərə “Bu bazar günü seçkilər keçirilsəydi, prezident kimi görmək istərdiniz?” sualına açıq cavab vermək təklif olunub.
- Nəticələrə görə, iştirakçıların 26 %-i Rəcəb Tayyib Ərdoğanı seçib. İkinci yerdə 17,3 % ilə Mansur Yavaş, üçüncü yerdə isə 14 % ilə Əkrəm İmamoğlu qərarlaşıb. Liderlərin siyahısında daha sonra Hakan Fidan (8,1 %), Özgür Özəl (7,2%), Selçuk Bayraktar (5,9%) və Kemal Kılıçdaroğlu (1,7%) yer alıb. Fatih Erbakan, Ümit Özdağ və digərləri daxil olmaqla qalan namizədlər 2 %-dən az səs toplayıb.
- Sorğuya qatılanların 11 %-i cavab verməkdə çətinlik çəkdiklərini və ya bu məsələdə fikir sahibi olmadıqlarını açıqlayıblar.
- Sorğu yanvar ayında 1 800 nəfər arasında aparılıb.
10:48 28.01.2025
Oxunuş sayı: 3824