Kulubayev TDT-nin Baş katibi ilə görüşüb

Qırğızıstan xarici işlər naziri Ceenbek Kulubayev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə TDT çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib. Qırğızıstanın 2025-ci ildə TDT-yə sədrliyi ilə bağlı qarşıdan gələn tədbirlərə xüsusi diqqət yetirilib.
09:01 28.01.2025
Oxunuş sayı: 3016