İsrail icazə verdi: 300 min fələstinli evinə qayıtdı

Ötən gün 300 mindən çox fələstinli cənub və mərkəzi bölgələrdən Qəzzanın şimalındakı evlərinə qayıdıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qəzza Media Təşkilatının bəyanatında deyilir.
Qeyd edək ki, rəsmilərin atəşkəs razılaşmasının şərtlərinə əsasən, yanvarın 25-də HƏMAS tərəfindən ikinci girov qrupu ilə birlikdə azad etməli olduğu İsrail vətəndaşı Arbel Yehudun sağ olmasının təsdiqlənməsindən sonra İsrail fələstinlilərin Qəzzanın şimalına qayıtmasına icazə verib.
08:33 28.01.2025
Oxunuş sayı: 2980