Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq planı imzaladı

Ankarada 2025-ci il üçün Qazaxıstan və Türkiyə arasında hərbi əməkdaşlıq planı imzalanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan nümayəndə heyətinin Ankaraya səfəri zamanı Qazaxıstan və Türkiyə Müdafiə Nazirliklərinin nümayəndələri görüşüb və 2025-ci il üçün hərbi əməkdaşlıq planı qəbul edilib. Qazaxıstan tərəfdən sənədi Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi polkovnik Xusainov imzalayıb, Türkiyə tərəfdən isə həmkarı, briqada generalı Erdoğan imzalayıb.
Qeyd edək ki, iki tərəfli görüşdə hərbi təhsil və elm, sülhməramlı fəaliyyət, döyüş və tibbi hazırlıq sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Plan çərçivəsində yüksək səviyyəli qarşılıqlı səfərlər də nəzərdə tutulur.
Fatimə Məmmədova
20:21 27.01.2025
Oxunuş sayı: 3629