KİV: ABŞ Kiyevin maraqlarına uyğun olmayan bir saziş hazırlayır- Ukrayna narahatdır

Respublikaçıların lideri Donald Trampın Ağ Evə qayıdışı Avropa və Ukraynanın narahatlığını artırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “El Pais” nəşri yazıb.
“Avropada və Ukraynada narahatlıq artır ki, onları Ukrayna ətrafında sülh danışıqlarından kənarlaşdıra bilərlər”, - nəşr bildirib.
Qeyd olunub ki, Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalı Avropa İttifaqı (Aİ) rəsmiləri arasında qorxuları gücləndirib. Onlar hesab edirlər ki, Tramp Rusiyanın Prezidenti Vladimir Putinlə birbaşa razılaşma hazırlaya və bu prosesdə Ukraynanı və Aİ ikinci plana ata bilər.
“Risk ondadır ki, ABŞ Kiyevin maraqlarına uyğun olmayan bir saziş hazırlayır, Avropaya isə yalnız nəhəng bərpa işlərinin sponsoru və bu razılaşmanın zəmanətçisi kimi rol ayırır”, – deyə yüksək vəzifəli Avropa rəsmisi El País-ə bildirib.
Gültac Mehdizadə
20:01 27.01.2025
Oxunuş sayı: 3964