Annalena Berbok, Trampın “Qəzzadan sürgün” təklifinə sərt reaksiya göstərdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok, ABŞ prezidenti Donald Trampın Qəzza əhalisinin sürgün edilməsi ilə bağlı təklifinə reaksiya verib.
Crossmedia.az “Lenta.ru”a istinadən xəbər verir ki, Berbok Brüsseldə keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşü öncəsi jurnalistlərə açıqlamalar verib.
D. Trampın Qəzza xalqının sürgün edilməsi təklifi ilə bağlı Almaniya hökumətinin mövqeyinə toxunan Berbok, Qəzzada əsir və atəşkəs sazişinin tətbiqinin davam etdirilməli olduğunu bildirib.
Berbok bunun parametrlərinin hər zaman aydın olduğunu vurğulayaraq, “Həm İsrailin, həm də Fələstinlilərin təhlükəsizliyinin təmin edildiyi bir həll yolu tapılmalıdır. Buna görə, yalnız Aİ olaraq deyil, “Böyük Yeddilik” (G7) və xüsusilə ərəb tərəfdaşlarımızla birlikdə bu məsələnin Qəzzadan köç etdirilmək mənasını vermədiyini açıq şəkildə ifadə etdik” - deyə açıqlama verib.
Nərgiz Camalzadə
19:57 27.01.2025
Oxunuş sayı: 3988