Trampın sanksiyalarından sonra neftin qiyməti ucuzlaşıb

ABŞ prezidenti Donald Trampın Kolumbiyaya qarşı sanksiyalar tətbiq etməsi neft bazarına təsir edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 1 barel Brent markalı neftin qiyməti 78 dollardan aşağı düşərək Bakı vaxtı ilə saat 08:45-də 0,7% ucuzlaşma ilə 77,95 dollardan ticarət olunub.
ABŞ xam neftinin qiyməti isə 74 dollara yaxınlaşıb. Sanksiyaların təsiri ilə neft bazarındakı dalğalanmalar davam edir.
19:38 27.01.2025
Oxunuş sayı: 2595