Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan sabah Səudiyyə Ərəbistanına səfər edəcək.
Hakan Fidan, 12 yanvar 2025-ci ildə Ər-Riyadda keçirilən Suriya toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanını ziyarət etmişdi.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, toplantı çərçivəsində Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Farhan Əl Səudla bir araya gəlmişdi.
Səudiyyə naziri, 14 iyul 2024-cü il tarixində Türkiyəni ziyarət etmişdi. Hakan Fidanın Səudiyyə Ərəbistanındakı görüşmələrində Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı siyasi əlaqələrin hər keçən gün daha da gücləndiyini, sürətlə artan ticarət dövriyyəsini daha yüksək səviyyəyə çatdırmağı hədəflədiyini vurğulayıb. Nazir, Türk-Səudiyyə Koordinasiya Şurasını iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və yeni əməkdaşlıq sahələrinin kəşf edilməsinə zəmin hazırlayan mühüm bir mexanizm olaraq qiymətləndirmişdi.
Bununla yanaşı, beynəlxalq ictimaiyyətin Suriyada yeni idarəetmə ilə əlaqələrinin artmasının əhəmiyyətini, Səudiyyə Ərəbistanının bu mövzudakı yanaşmasının təqdirlə qarşılandığını bildirmişdi. Fidan, Türkiyənin Suriyaya qarşı tətbiq olunan sanksiyaların qaldırılması mövzusunda Səudiyyə Ərəbistanı ilə əməkdaşlığına xüsusi önəm verdiyini vurğulamış, Qəzzada əldə edilən atəşkəsin qalıcı olması üçün beynəlxalq ictimaiyyətin İsrail üzərində təzyiqi artırmalı olduğunu ifadə etmişdi.
Nərgiz Camalzadə
19:32 27.01.2025
Oxunuş sayı: 2615