İqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər müzakirə edilib
Davos İqtisadi Forumu (WEF) çərçivəsində “Ticarət və İnvestisiya Rəhbərliyi Naharı” sessiyasında bu il üçün ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Müzakirələrimiz iqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzuları əhatə etdi”, - o qeyd edib.
17:57 23.01.2025
Oxunuş sayı: 1110