Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb
Son 10 ildə Orta Dəhliz üzrə yükdaşımalarda müsbət nəticələr qeydə alınıb.
Crossmedia.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir ki, bu dinamika özünü gəmi-bərələrlə daşınan avtotexnika (TİR) və vaqonların sayında da göstərir.
Belə ki, 2015-ci ildə 38 min 79 ədəd avtotexnika (TİR) və vaqon daşınması həyata keçirilmişdirsə, 2024-cü ildə bu say 77 min 71 ədədə çatıb. Bu da ümumilikdə 102,4 faiz və ya 2 dəfədən çox artım deməkdir.
17:54 23.01.2025
Oxunuş sayı: 1098