CROSSMEDIA - Serebral iflic olan I qrup əlil qadın ana olub
Səhiyyə

Serebral iflic olan I qrup əlil qadın ana olub

  • Serebral iflic olan I qrup əlil qadın ana olub.

  • Crossmedia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

  • Qeyd olunub ki, yanvarın 15-i saat 22:13-də KTM-in Doğum-Ginekologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə çəkisi 2 300 qram, boyu 45 sm olan qız dünyaya gəlib.

  • Körpənin anası serebral iflicin diplegiya formasından əziyyət çəkən və 1-ci qrup əlil olan bir qadındır. Hamiləliyin 36-cı həftəsində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

  • Zəruri müayinələrdən sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.

09:44 22.01.2025

Oxunuş sayı: 849

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR