Sahil Babayev Hacıqabulda qəbul keçirəcək
- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yanvarın 31-də Hacıqabul rayonunda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.
- Crossmedia.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
- Vətəndaşlar yanvarın 21-23-də Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
- Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
11:56 21.01.2025
Oxunuş sayı: 473