Sosium

Professor Şamil Vəliyevin anım günüdür

Bu gün Azərbaycan mətbuat tarixində özünəməxsus imzası ilə seçilən və sevilən, professor Şamil Vəliyevin anım günüdür. Hər zaman səmimiliyi, təvazökarlığı, mənəviyyatı ilə seçilən Şamil müəllimin varlığı bugün də doğma fakültəsində hiss edilir. Yaratdığı prinsiplər yaşadılır.

Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub. 1977–1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olmub və  burada elmi işçi vəzifəsində çalışıb.


2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışmış, 2012-2016 cı illərdə dekan vəzifəsini icra etmişdir.
Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şamil Vəliyev milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə əməkdar jurnalist fəxri adına layiq görülüb.

Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)” yubiley medalı ilə təltif edilib.
Onun əsərləri bu günə qədər Azərbaycan mətbuat tarixinin araşdırılmasında önəmli rol oynadığı kimi, gələcək araşdırmalar üçün də önəmli qaynaq olaraq qalacaqdır.

Şamil Vəliyev 2024-cü il yanvar ayının 18-də dünyasını dəyişib.

Ayhan Ağarzayev

08:10 19.01.2025

Oxunuş sayı: 3322

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR