Gündəm

Harutyunyan Azərbaycan xalqından üzr istəyib

Bakı Hərbi Məhkəməsində keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçi və vəkillərlə təmin ediliblər.

Crossmedia.az xəbər verir ki, cinayət işində 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri iştirak edir. Hakim təqsirləndirilən şəxslərin hüquq və vəzifələrinin onlara erməni dilində izah edildiyini qeyd edib. Bundan əlavə, məhkəmə iclasında onlara hüquq və vəzifələri bir daha izah edilib.

Separatçı Araik Harutyunyan 44 günlük müharibə zamanı Gəncənin raketlərdən atəşə tutulması ilə bağlı verdiyi açıqlamadan təəssüfləndiyini bildirib:

“Azərbaycan xalqı arasında belə bir fikir var ki, mən belə bir əmr vermişəm. Bu qərarı mən verməmişəm. Bu açıqlamaya görə təəssüflənirəm və üzr istəyirəm. Fikrimi bildirməyə nə haqqım, nə səlahiyyətim, nə də belə imkanım var idi. Bu ifadəni niyə verdiyimi artıq istintaq zamanı izah etmişəm”.

Daha sonra məhkəmə yanvarın 21-nə qədər təxirə salınıb. 

17:50 17.01.2025

Oxunuş sayı: 5159

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR