Sağlamlıq

Yeni virus yayılır: qapanma ola bilər?

"Metapnevmovirusun Çində, Qazaxıstanda, Qırğızıstanda, Rusiyada və Türkiyədə yayılması artıq təsdiqlənib".

Bu sözləri Crossmedia.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Professorun sözlərinə görə, metapnevmovirus yuxarı tənəffüs yollarında qripə bənzər əlamətlərlə xarakterizə olunan bir xəstəlikdir:

"Bəzən ağırlaşmalar müşahidə olunur. Ağırlaşmalar pnevmoniya, ağciyər absesi və ümumi orqan çatışmazlığına qədər gətirib çıxara bilər. Çox güman ki, bizdə də bu virus mövcuddur, bu yoxlanılaraq identifikasiya olunmalıdır. Lakin hazırda bizdə bu dəqiq yoxlanılmayıb.
Bu gün xəstəliyin daha geniş yayılması narahatlıq doğurur.
İnsanların şikayətləri də əsasən çox ağır qripə bənzər əlamətlərlə müşahidə olunan xəstəliklərdən ibarətdir. Bütün bunlar yeni bir virus formasının yayılmasını göstərir. 

Düşünürəm ki, maarifləndirmə işlərini insanlar arasında artırmaq vacibdir. Xüsusilə televiziya kanallarında xüsusi maarifləndirici verilişlər təşkil olunmalı, əhaliyə konkret tövsiyələr verilməlidir. Əsas tövsiyələr bunlardır: xəstələndiyi zaman hər kəs yataq rejiminə keçməli, bol maye qəbul etməli və həkim təyinatını icra etməlidir. Həkim nəzarəti olmadan antibiotik qəbul etmək isə ciddi problemlərə yol aça bilər".

Sonda həkim qeyd etdi ki, karantin rejimi Dünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında həyata keçirilir. Burada dünyanın aparıcı xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin rəyi də nəzərə alınır. 
Düşünürəm ki, hazırda belə bir zərurət yoxdur və gələcəkdə də olmayacaq.

Elnurə Kərimova

12:02 11.01.2025

Oxunuş sayı: 5260

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR