Tramp: Daha bir müharibənin qarşısını aldım
ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında sülhün əldə olunmasında mühüm rol oynadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə açıqlamasında bildirib.
"Mən Tailand və Kamboca arasında sülh yaratdım. Biz həqiqətən çox zorakı bir vəziyyəti həll etdik. Düşünürəm ki, bunu mən etdim", – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp münaqişənin həllində göstərdiyi səylərin kifayət qədər qiymətləndirilmədiyini də bildirib.
"Düşünmürəm ki, buna görə mənə hər hansı qiymət verilir. Beləliklə, bu da dayandırdığım növbəti müharibədir, amma heç kim bunu qiymətləndirmir", – deyə o qeyd edib.
Qeyd edək ki, Trampın açıqlaması Tailand və Kamboca arasındakı münaqişənin həllində öz roluna dair şəxsi qiymətləndirməsini əks etdirir.
17:04 17.11.2026
Oxunuş sayı: 108