Neftçalada evdən 11 min manat oğurlamaqda şübhəli bilinən şəxslər həbs olunub
Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edərək 11 min manat pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində ev sahibinə qarşı quldurluq edilməsi və 11 min manatın talanması barədə polisə məlumat daxil olub.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.
Araşdırmalar zamanı həmin şəxslərin quldurluq hadisəsini əvvəlcədən planlaşdırdıqları və ələ keçirdikləri pul vəsaitini öz aralarında bölüşdürdükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Q.Talıbov və N.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
14:18 17.11.2026
Oxunuş sayı: 112